Ərdoğandan kritik Antalya zirvəsi öncəsi mesaj
10.03.2022
Prezident Ərdoğan, insan itkiləri və faciələrə səbəb olan Rusiya-Ukrayna müharibəsi ilə bağlı hər iki tərəflə danışa biləcək əsas ölkənin Türkiyənin olduğunu vurğuladı.
Xarici işlər nazirlərinin Antalyada ilk dəfə görüşəcəyi üçtərəfli zirvə ilə bağlı Ərdoğan, "Ümid edirəm ki, bu, daimi atəşkəsə qapı açacaq" deyib.