Mikayıl Cabbarov Emma Nikolsonla müzakirələr aparıb - FOTO
10.03.2022
İqtisadiyyat naziri Mikayıl Cabbarov Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson ilə görüşüb.
Bu barədə nazir "Facebook” hesabında paylaşım edib:
"Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonla ölkələrimiz arasında ticarət əlaqələri, qarşılıqlı investisiyalar, enerji transformasiyası və işğaldan azad edilmiş ərazilərimizin bərpası üzrə əməkdaşlıq məsələlərini müzakirə etdik”.