Rusiya: Biz gəlməyəcəyik, həzz alın!
10.03.2022
Rəsmi Moskva bundan sonra Avropa Şurasında iştirak etməyəcəyini bəyan edib.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
"Rusiyaya qarşı dost olmayan AB və NATO dövlətləri Avropa Şurası Nazirlər Komitəsində mütləq çoxluqdan sui-istifadə edərək, Avropa Şurasını və Avropada ümumi humanitar-hüquqi məkanı məhv etmək xəttini davam etdirir. Hadisələrin gedişi dönməz xarakter alır. Rusiya bundan sonra Avropa Şurasında iştirak etməyəcək. Qoy onlar Rusiyasız bir-biri ilə ünsiyyətdən həzz alsınlar”, - sənəddə deyilir.