Kanalizasiya çirkabında yaşayan Masazır sakinləri - VİDEO
09.03.2022
Masazır qəsəbəsi Hakim Abbasov küçəsinin sakinləri uzun zamandır davam edən kanalizasiya problemindən şikayətçidir.
Sakinlər evlərinin pis vəziyyətə düşməsində və dolub-daşan kanalizasiyanın yaratdığı natəmizliyin, üfunətin günahkarı kimi qonşuları Elməddin Hadıyevi göstərir. O, isə səslənən iddialarla razılaşmır. Şikayətçilər bildirir ki, mövcud vəziyyətlə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, onların şikayətinə məhəl qoyan yoxdur.
Masazır qəsəbəsindəki Hakim Abbasov küçəsininin sakinlərinin dərdi bununla bitmir. Küçədən keçən kustar üsulla hazırlanan kanalizasiya xəttinin açıq formada olması, yaşayış evlərinin yaxınlığında yerləşməsi, üstəlik, məişət tullantılarının da "zibil qabları yoxdur” deyərək, ətrafa atılması bu acınacaqlı mənzərənin yaranmasına səbəb olur.