21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Əliyevlə, Lukaşenko ilə buna çalışırıq - Ərdoğan

09.03.2022

Almaniyada Dostoyevskinin əsərləri qadağandır. Belə cəfəngiyyat olar? Bunun Bağdadda kitabxanaları yandıran Hülaküdən nə fərqi var?

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Ümid edirəm, Rusiya xarici işlər naziri Lavrov və Ukrayna xarici işlər naziri Kulebanın sabahkı görüşü daimi atəşkəsə qapı açacaq. Bu kritik görüşdən əvvəl mülki şəxslərin təxliyəsi üçün elan edilmiş atəşkəsi də alqışlayırıq. Həm cənab Zelenski, həm də cənab Putinlə görüşlərdə problemlərin diplomatiya ilə həll edilməli olduğunu vurğuladıq.

Bu gün 14-cü gününü tamamlayan münaqişə çox təəssüf ki, ciddi insan itkilərinə və faciələrə səbəb olur. Artıq 2 milyon insan evlərini tərk etmək məcburiyyətində qalıb. Belə davam etsə, rəqəm 5-10 milyona yaxınlaşacaq. Minlərlə insan həyatını itirdi və yaralandı. Yollara, məktəblərə, evlərə, xəstəxanalara ciddi ziyan dəyib. Ən çox günahsız uşaqlar və müdafiəsiz qadınlar əziyyət çəkir. Mən də millətimə səslənirəm. Müharibədə qətiyyən qazanan tərəf olmur. Biz NATO-nun Baş katibi Stoltenberq, Azərbaycan Prezidenti Əliyev, Belarus Prezidenti Lukaşenko da daxil olmaqla, dövlət və hökumət başçıları ilə görüşümüzdə prosesə sülh gətirməyə çalışırıq”, - Ərdoğan bildirib.