Zelenskinin Krım və Donbas təklifinə Kremldən cavab
09.03.2022
Rusiyanın mövqeyi bəllidir: Krım – Rusiya regionudur, bunu de-fakto və de-yure tanımaq lazımdır, Luqansk və Donetsk "xalq respublikaları” isə müstəqil dövlətlərdir.
"Devran Media" xəbər verir ki, bu sözləri Kreml sözçüsü Dmitri Peskov Zelenskinin təklifi barədə medianın sualını cavablandırarkən deyib.
Qeyd edək ki, Zelenski Krım və Donbas məsələsində kompramisə gəlmək yollarını axtarmaq üçün Rusiya ilə birbaşa dialoqa hazır olduğunu bildirib.