Gürcüstanın sabiq naziri Ukraynada savaşa girdi
09.03.2022
Gürcüstanın keçmiş müdafiə naziri İrakli Okruaşvili Rusiyaya qarşı döyüşmək üçün gürcü könüllüləri ilə birlikdə Ukraynaya gəlib.
"DM" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
"Gürcüstanın keçmiş müdafiə naziri İrakli Okruaşvili Ukraynada gürcü könüllüləri ilə birlikdə rus işğalçılarına qarşı mübarizədə bizə kömək edir!” – qeyd edilib.
Qeyd edək ki, İ.Okruaşvili 2004-2006-cı illərdə Gürcüstanın müdafiə naziri olub.