TƏBİB-dən “Turkovac”la bağlı əhaliyə çağırış
09.03.2022
Azərbaycanda kliniki sınağı keçiriləcək "Turkovac” vaksini "Sinovac” vaksini ilə demək olar ki, eyni tərkibdədir
"DM" xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev deyib.
O qeyd edib ki, bu vaksinin hər hansı yan təsiri müşahidə edilməyib:
"Vaksinin yüksək səviyyəli və güvənli olması önəmlidir. İnsanlar buna inanaraq, ölkədə tətbiqinə öz töhfələrini verə bilərlər”