Lerikdə zəlzələ
05.09.2018
Sentyabrın 5-də Yardımlı stansiyasından 25 kilometr şərqdə Lerik rayonu ərazisində 3,1 bal gücündə zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 03:26:56-da qeydə alınıb.
Ocağı 12 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.