Türkiyədən Ukraynadakı atəşkəsə münasibət
07.03.2022
Ukraynada mülki əhalinin təxliyəsi üçün elan edilmiş atəşkəs rejimini alqışlayırıq.
Bu barədə Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın Tvitter səhifəsində yazıb.
"Prezidentimizin rəhbərliyi altında təşəbbüslərimizi davam etdirəcəyik ki, atəşkəs daimi olsun, sülh danışıqları nəticə versin", - Kalın bildirib.