Rusiya sükut rejimi elan etdi: 4 şəhərə dəhliz verdi
07.03.2022
Rusiya ordusu yerli vaxtla saat 10:00-dan sükut rejimi elan edib.
"Devran Media" xəbər verir ki, bu barədə Rusiyanın Ukraynada Humanitar yardımların əlaqələndiriməsi üzrə qərargahı məlumat yayıb.
Bildirilib ki, 4 şəhərdən – Kiyev, Xarkov, Sum və Mariupoldan çıxmaq üçün əhaliyə humanitar dəhliz yaradılıb.
Dəhlizin xüsusilə Fransa Prezidenti makronun Rusiya lideri Putindən xahişi nəzərə alınaraq yaradıldığı da vurğulanıb.