Ukraynada azərbaycanlıların məhəlləsi atəşə tutuldu
07.03.2022
Ukraynanın Nikolayev şəhərində azərbaycanlıların sıx yaşadığı məhəllə "Qrad" atəşinə tutulub.
Bu gün səhər saat 05.30 radələrindən başlayaraq Rusiya qoşunları tərəfindən Nikolayevin xəstəxanası və azərbaycanlılara məxsus çoxsaylı evlər "Qrad" atışları nəticəsində dağıdılıb və ya ciddi zərər görüb.
Azərbaycanlılar vaxtında evakuasiya edildiyindən xoşbəxtlikdən insan tələfatı olmayıb.