ATƏT sədrindən Rusiya və Ukraynaya çağırış
05.03.2022
ATƏT-in fəaliyyətdə olan sədri, Polşa xarici işlər naziri Zbiqnev Rau Ukrayna ilə Rusiya arasında aparılacaq danışıqlar dövründə tərəfləri atəşkəsə çağırıb.
"DM" xəbər verir ki, o, bunu ABŞ Dövlət katibi Entoni Blinkenlə görüşündən sonra keçirilən brifinqdə bildirib.
Polşalı nazir, həmçinin tərəfləri beynəlxalq hüquqa əməl etməyə, hərbi əsirlərə qarşı ləyaqətli davranışa dəvət edib.