Çavuşoğlu Bakıda Ukraynadakı müharibədən DANIŞDI
05.03.2022
"Türkiyə ölkələrin ərazi bütövlüyünün güc yolu ilə dəyişdirilməsinə qarşıdır”.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirilən birgə mətbuat konfransında deyib.
O bildirib ki, Azərbaycanla Türkiyə Rusiya-Ukrayna müharibəsinin dayandırılması üçün səylərini davam etdirir.