Bayramov Çavuşoğlu ilə görüşdü
05.03.2022
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda səfərdə olan türkiyəli həmkarı Mövlud Çavuşoğlunu qarşılayıb.
"DM" xəbər verir ki, daha sonra tərəflər arasında təkbətək görüş başlayıb.
XİN başçılarının görüşündə regional məsələlər, həmçinin Ukrayna ətrafındakı durumu müzakirə olunur.
***
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Bakıda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüş başa çatıb.
Daha sonra nazirlərin birgə mətbuat konfransı başlayıb.