Maskdan Ukraynaya dəstək
05.03.2022
"Speys X” və "Tesla” şirkətlərinin sahibi, amerikalı milyarder İlon Mask Ukraynaya dəstəyini ifadə edib.
"DM" xəbər verir ki, amerikalı iş adamı bu barədə Tvitter səhifəsində yazıb.
O, ardıcıl olaraq iki status paylaşaraq "Ukraynanı güclü tutun” və "Müharibənin əleyhinə olan böyük Rusiya xalqına rəğbətimi bildirirəm” cümlələrini yazıb.