Yaponiyanı tayfun vurdu - VİDEO
04.09.2018
Yaponiyanı ölkə tarixinin son 25 ilində ən güclü və dağıdıcı olan "Cebi" tayfunu vurub.
"Dövran Media" bildirir ki, təbii fəlakət nəticəsində 1 nəfər həlak olub, 5 nəfər yaralanıb.
Siqa prefekturasındakı Hikasiomi şəhərində ciddi dağıntılar var.
Kioto şəhərindəki dəmiryol vağzalına ciddi ziyan dəyib, Osaka şəhərindəki Kansay hava limanındakı uçuş-enmə zolaqları su altında qalıb.
Tayfunun vurduğu zonalarda küləyin sürəti 216 km/saat olub.
"Cebi"yə görə Yaponiyanın qərbində 600 aviareys təxirə salınıb, qatarların hərəkəti dayandırılıb. "Toyota" konserni Aiti, Fukuoka və Miyaqi prefekturalarındakı 14 zavodunda gecə növbəsini ləğv edib.
"Cebi" tayfunu 60 km/saat sürətlə hərəkət edir.