“Azərenerji”yə rəhbər TƏYİNATI
04.09.2018
Prezident İlham Əliyev Balababa Hüseynağa oğlu Rzayevin "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
"Dövran Media" xəbər verir ki, dövlət başçısının digər sərəncamı ilə Balababa Rzayev "Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti təyin edilib
Baba Rzayev 2006-cı ilədək özəl sektorda - şirkət rəhbəri postunda işləyib. 2006-2015-ci illər ərzində "Bakıelektrikşəbəkə" ASC-nin İdarə Heyətinin sədri vəzifəsini tutub. 2015-ci ildən bu təyinatadək "Azərişıq" ASC-nin sədri vəzifəsində çalışırdı.