Amerikalı senator yaxın ətrafından Putini aradan götürməyi istədi
04.03.2022
ABŞ-ın Respublikaçılar Partiyasının senatoru Lindsi Qrem yaxın ətrafını Rusiya Prezidenti Vladimir Putini "aradan götürməyə” çağırıb.
Bu barədə senator "Fox” telekanalının canlı efirində çıxışı zamanı bildirib:
"Rusiyada kimsə bu məsuliyyəti üzərinə götürməli və bu oğlanı aradan götürməlidir. Siz öz ölkənizə və dünyaya böyük xidmət göstərmiş olarsınız”, - deyə o qeyd edib.