Daha bir İT nəhəngi Rusiyaya tədarükü dondurur
04.03.2022
Amerikanın "İntel” şirkəti Ukrayna ətrafında yaranmış vəziyyət fonunda Rusiya və Belarusdakı müştərilərinə məhsulların tədarükünü dayandırır.
Bu barədə şirkət məlumat yayıb.
"İntel” Rusiyanın Ukraynaya təcavüzünü pisləyir və biz Rusiya və Belarusdakı müştərilərə bütün çatdırılmaları dayandırdıq. Biz bu çətin vəziyyətdə bütün əməkdaşlarımıza, xüsusən də regionla güclü əlaqələri olanlara dəstək olmağa çalışırıq”, - qeyd olunur.