Rusiyada yeni qanun: Sanksiya çağırışına görə cinayət məsuliyyəti
04.03.2022
Rusiyada Silahlı Qüvvələri gözdən salan feyk xəbərlərə, həmçinin Rusiyaya qarşı sanksiyaların tətbiqinə çağırışa görə cinayət cəzası və yüksək məbləğdə cərimələr nəzərdə tutulub.
Dövlət Duması qanun layihəsini yekun oxunuşda qəbul edib.
Layihəyə Federasiya Şurası baxacaq, ondan sonra təsdiqlənərsə, prezident tərəfindən imzalanacaq.
Sənəddə qeyd edilir ki, saxtakarlıq ağır nəticələrə səbəb olarsa, azadlıqdan məhrumetmə müddəti 15 ilə qədər ola bilər.
Qanun layihəsində Rusiyaya qarşı sanksiya çağırışlarına görə də cəza nəzərdə tutulur. Rusiya ordusunu gözdən salmağa çağırışlara görə maksimum 5 il həbs cəzası veriləcək.
Mənbə: RİA Novosti