II Elizabet ukraynalı qaçqınlar üçün külli miqdarda ianə edib
04.03.2022
Böyük Britaniya kraliçası II Elizabet ukraynalı qaçqınlara kömək etmək üçün yaradılan Fövqəladə Hallar Komitəsinin (DEC) fonduna ianə edib.
Bu barədə "The Daily Telegraph” məlumat yayıb.
15 xeyriyyə təşkilatını birləşdirən komitə Rusiyanın xüsusi əməliyyatının başlamasından sonra Ukraynada evlərini tərk edənlərə fövqəladə yardım üçün müraciət edib. Yığılan pullar Moldova, Rumıniya, Macarıstan, Slovakiya və Polşadakı ukraynalı qaçqınları qida, su və sığınacaqla təmin etmək üçün təşkilatlara göndərilir.
Bukinqem Sarayı ianə barədə elan etməyib və Kraliçanın şəxsi töhfəsinin məbləğini açıqlamaqdan imtina edib. Buna baxmayaraq, DEC Kraliçaya səxavətinə görə açıq şəkildə təşəkkürünü bildirib.
Kembric hersoqu və hersoqinyası da fərdi ianə edib.
Nəşr vurğulayıb ki, kraliyyət ailəsinin bu töhfələri Ukraynaya dəstəklərini və həmrəyliklərini nümayiş etdirir.