Rusiyalı milyarderin oğlu “Formula-1” yarışlarından kənarlaşdırıldı
04.03.2022
Rusiyalı pilot Nikita Mazepin bundan sonra "Haas” komandasının tərkibində "Formula-1” yarışlarında iştirak edə bilməyəcək.
N.Mazepin yerini komandada ehtiyat pilot Petro Fittipaldi tutacaq.
Qeyd olunur ki, artıq ehtiyat pilot P. Fittipaldi martın 10-12-də Bəhreyndə keçiriləcək mövsümöncəsi testlərdə çıxışa hazırlaşır.
Məlumatın yaxın saatlarda "Formula-1” tərəfindən təsdiqlənməsi gözlənilir.
Məlumat üçün qeyd edək ki, Nikita Mazepin rusiyalı sahibkar, "Uralxim” şirkətinin sahibi və direktorlar şurasının sədri, milyarder Dmitri Mazepinin oğludur.
Bu addımın Rusiya ordusunun fevralın 24-dən etibarən Ukrayna ərazisində keçirdiyi xüsusi hərbi əməliyyatlara cavab olaraq atıldığı bildirilir.
Mənbə: XSport