10 04 2025-cu il Bakı 6 ℃
DM RADİO
Onlİne xəbər
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024

Təhsil Nazirliyi 8 Martla bağlı çağırış etdi

04.03.2022

Təhsil Nazirliyi yanında İctimai Şura 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə ictimaiyyətə müraciət edib.

"Devran Media" xəbər verir ki, müraciətdə məktəblərdə şagird və valideynlərdən hər hansı bir vəsaitin toplanmasının yolverilməz olduğu qeyd edilir.

Bildirilir ki, bayramla bağlı xoşagəlməz halların qarşısını almaq üçün bu prosesə cəmiyyət olaraq hər kəs nəzarət etməlidir:

"Belə hallarla qarşılaşanlar [email protected] elektron poçt ünvanına müraciət edə bilərlər. Unutmayaq ki, müəllimə hörmət valideynin öz övladının təlim-tərbiyə prosesinə həssas yanaşması, bu prosesdə onu hərtərəfli dəstəkləməsidir".