Rusiya ordusu məktəbi raketlə vurdu
04.03.2022
Bu gün səhər saat 9 radələrində rus qoşunları növbəti dəfə Jitomiri raketlə atəşə tutdular, şəhərin müxtəlif yerlərində partlayış səsi eşidilir.
"DM" xəbər verir ki, bu barədə şəhərin meri Sergey Suxomlin Feysbukda canlı yayımda deyib.
"25 saylı məktəbin binasına raket atılıb. Qurban və xəsarət alanlara gəlincə, faktiki olaraq məktəbin yarısı dağılıb, xilasetmə işləri aparılır”, - o bildirib.