21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Milli Məclisin iclası başladı

04.03.2022

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası başlayıb.

Spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 11 məsələ daxil edilib.

Bunlar aşağıdakılardır:

1. Azərbaycan İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi haqqında.

2. "Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanununa dəyişiklik layihəsi (üçüncü oxunuş).

3. "Tibbi sığorta haqqında” qanuna dəyişiklik layihəsi (üçüncü oxunuş).

4. "Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsi (üçüncü oxunuş).

5. "Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş).

6. Azərbaycan Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında qanuna dəyişiklik layihəsi (üçüncü oxunuş).

7. "Qida təhlükəsizliyi haqqında” qanun layihəsi (birinci oxunuş).

8. "Lisenziyalar və icazələr haqqında”qanuna dəyişiklik layihəsi (birinci oxunuş).

9. "Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsi (birinci oxunuş).

10. "Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanuna dəyişiklik layihəsi (birinci oxunuş).

11. "Antiinhisar fəaliyyəti haqqında”, "Yeyinti məhsulları haqqında” və "Dövlət sirri haqqında” qanunlarına dəyişiklik layihəsi (birinci oxunuş).