Türkiyə Gəncəyə konsul təyin etdi
04.09.2018
Azərbaycan Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi səfir Pərvin Mirzəzadə Türkiyə Cümhuriyyətinin Gəncə şəhərinə təyin edilmiş yeni baş konsulu Zəki Öztürkü qəbul etdi.
Azərbaycan XİN-in Mətbuat xidmətindən verilən məlumata görə, görüş əsnasında Zəki Öztürk baş konsul təyinatı ilə əlaqədar patent sənədini Pərvin Mirzəzadəyə təqdim edib.
Pərvin Mirzəzadə Zəki Öztürkə gələcək fəaliyyətində uğurlar arzu edib.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında mövcud dostluq və qardaşlıq münasibətləri, bu əlaqələrin daha da inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.