Rusiya FTX Zelenskini ölümdən xilas etdi – Şok
04.03.2022
Ukrayna Prezidenti Vladimir Zelenskiyə son bir həftə ərzində ən azı üç sui-qəsd olub.
"DM" xəbər verir ki, bu barədə Britaniyanın "Tayms” nəşri yazıb.
Məlumata görə, Ukrayna prezidetini öldürmək üçün "Vaqner” və "kadırovçular”dan ibarət iki ayrı qrup göndərilib:
"Hər dəfə sui-qəsd cəhdlərinin qarşısı Ukrayna ilə müharibəyə qarşı çıxan Rusiya FSB-nin sayəsində alınıb. "Vaqner” muzdluları Kiyevdə çoxlu itki verdilər və ukraynalıların onları necə dəqiq izləmələrindən çox narahat idilər.
Zelenskinin təhlükəsizlik kəşfiyyatı onlar üçün dəhşətli olub. Həmçinin, şənbə günü Kiyev yaxınlığında çeçen muzdlulardan ibarət qrupun məhv edilməsilə digər sui-qəsdin qarşısı alınıb”.