Çexiya könüllülərə Ukrayna uğrunda döyüşməyə icazə verdi
04.03.2022
Ukraynada Rusiyaya qarşı döyüşmək istəyən Çexiya vətəndaşlarına icazə verilib.
"Devran Media" xəbər verir ki, bunu Çexiyanın Baş naziri Petr Fiala deyib.
"Cənab prezidentlə (Miloş Zeman – red.) görüşdə razılaşdıq ki, Ukraynaya gedib könüllü döyüşmək istəyən insanların cəza almayacaqlarına zəmanət veririk”, - nazir bildirib.
Çexiya hökuməti Ukraynaya 17 milyon kron (təxminən 22 milyon qrivna) məbləğində hərbi texnikanın verilməsini də təsdiqləyib.
Son məlumata görə, Çexiyadan 400-ə yaxın könüllü Ukraynada döyüşmək istəyir.