03 12 2024-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Trampın vəkili istintaqa təzyiq edib

04.09.2018

Rusiyanın ABŞ-ın 2016-cı ildə keçirilən prezident seçkilərinə qarışmasını araşdıran xüsusi prokuror Robert Müller hazırladığı hesabatı ictimaiyyətə təqdim edə bilər.
"Dövran Media" xəbər verir ki, ABŞ prezidenti Donald Trampın vəkili Rudolf Culiani bu hesabatın yayımlanmasına mane olacaqlarını bildirib.
Vəkilin sözlərinə görə Müllerin hesabatının ictimaiyyətə təqdim olunmasına onların mane olmaq hüququ var.
Nəşr xüsusi prokurorun hətta Trampdan ifadə almaq məsələsinin həll olunacağından sonra belə vəkilin istintaqa təzyiqlərinin davam edəcəyini qeyd edir.
Culiani hesabatın yayımlanmaması üçün Trampın vəkillər komandası ilə Müller arasında əldə olunmuş razılaşmanın çox az bilinən bir hissəsinə işarə edib.
"Mən əminəm biz bunu edəcəyik” – jurnalistlərin Ağ Evin bu hesabatın yayımlanmasına maneə törədəcəyi barə sualını cavablandırarkən vəkil bildirib.
Onun sözlərinə görə hesabata qarşı artıq 45 səhifəlik sənəd hazırlanıb və bütün bunlar Müllerin Rusiyanın seçkilərə qarışması ilə bağlı araşdırmasının bitməsi ilə birgə yayımlanacaq.
Qeyd edək ki, prezident seçkilərinə Rusiyanın qarışması ilə bağlı istintaqın yekun nəticələrini formalaşdırdıqdan sonra Müllerin onu baş prokurorun müavini Rod Rozenşteynlə birgə Konqresə təqdim edəcəyi gözlənilir. Elə Roşenteynin bu hesabatı həm Konqresə həm də ictimaiyyətə təqdim etmək imkanı var.