Baş nazir Gürcüstanın Aİ-yə üzvlük ərizəsini imzalayıb
03.03.2022
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Gürcüstanın Avropa İttifaqına (Aİ) üzvlük ərizəsini imzalayıb.
Bu barədə Baş nazir İrakli Qaribaşvili xalqa müraciətində bildirib.
"Bu gün Gürcüstan üçün tarixi bir gündür. Mən ölkə adından Aİ-yə üzvlük ərizəsini imzalayıram. Aİ-yə üzvlük üçün müraciət etmək Gürcüstanın Avropaya inteqrasiya yolunda mühüm bir addım, tariximizin yeni səhifəsini açan bir mərhələdir”, - İrakli Qaribaşvili vurğulayıb.
Qeyd edək ki, Gürcüstan Aİ-yə üzvlük üçün sürətləndirilmiş namizəd statusu almaq məqsədi ilə müraciət sənədini bu gün ittifaqın strukturlarına təqdim edəcək.