Parisdəki Rusiya səfirliyni “rənglədilər”
03.03.2022
Naməlum şəxslər Rusiyanın Fransadakı səfirliyinin binasının üzərinə boya töküb.
Bu barədə "RİA Novosti” məlumat yayıb.
Parisin Lannes bulvarında yerləşən Rusiyanın Fransadakı səfirliyinin binasına qırmızı, mavi və sarı boya töküblər.
Diplomatik nümayəndəliyin mühafizəsi gücləndirilib. Binanı bir neçə polis patrulları mühafizə edirlər. Səfirliyin qarşısında metal hasar da var.