Rusiya Qara dənizin dibini görəcək - Zelenski
03.03.2022
Rusiya Ukraynanın şəhərlərini və Odessanı işğal etmək istəyir, amma Qara dənizin dibini görəcək.
Bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
"Kiyev bu gecə də növbəti raket və bomba hücumuna tab gətirdi. Hava hücumundan müdafiə sistemlərimiz işləyirdi. İşğalçılar hava zərbələri ilə Xerson, İzyum və digər şəhərləri vururdular, onlara heç nə vermədik. Çerniqov, Sum, Nikolayev müdafiəni saxlayır. Bizim Odessamızı məhv etmək istəyirlər. Amma onlar yalnız Qara dənizin dibini görəcəklər”, - Zelenski bildirib.