Zelenski: “Rusiya ordusu heç bir strateji istiqamətdə uğur qazanmayıb”
03.03.2022
Ukrayna Prezident Volodimir Zelenski bildirib ki, Rusiya ordusu heç bir strateji istiqamətdə uğur qazanmayıb, ona görə də onlar raket və bomba zərbələrinə keçib və bununla da hərbi əməliyyatlarının uğursuzluğunu etiraf ediblər.
O, bu barədə Ukrayna xalqına ünvanlanmış yeni videomüraciətində danışıb.
V.Zelenski etiraf edib ki, genişmiqyaslı müharibənin ilk saatları və günləri həqiqətən çox çətin olub, lakin Ukrayna ordusu layiqli müqavimət göstərib və silahlı qüvvələr bundan sonra layiqli mübarizə aparacaq.
"Müdafiəmizin bütün təmas xətləri qorunub saxlanılıb. Biz öz mövqelərimizdə elə dayanmışıq ki, işğalçılar öz taktikalarını dəyişmək məcburiyyətində qalıblar. Onlar tükəniblər... Onlar buna məhkumdurlar. Onlar bizim Odessamızı dağıtmaq istəyirlər, ancaq onların yeri Qara dənizin dibi olacaq”, - deyə 44 yaşlı siyasətçi vurğulayıb.
"Biz hər evi, hər küçəni, hər şəhəri yenidən inşa edəcəyik. Biz Rusiyaya deyirik – Reperasiya (hüququ subyektə vurulan zərərin maddi məsuliyyəti) və kontrebutsiya (təzminat) sözlərini öyrənin. Dövlətimizə və hər bir ukraynalıya qarşı etdiklərinizə görə bizə kompensasiya ödəyəcəksiniz”, - deyə V. Zelenski fikrini tamamlayıb.
Mənbə: Segodnya.ua