39 ölkə Rusiyanı Haaqa Məhkəməsinə verdi
03.03.2022
Rusiyanın Ukraynaya hücumu nəticəsində hərbi və insanlığa qarşı cinayətlərlə bağlı təhqiqat davam edir.
"DM" xəbər verir ki, bunu Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xan deyib.
Xan bildirib ki, beynəlxalq quruma Ukraynadakı vəziyyətlə bağlı 39 ölkədən müraciət daxil olub:
"Bu təhqiqat 2013-cü il noyabrın 21-dən Ukraynada törədilmiş hərbi, insanlıq əleyhinə cinayətlər və ya soyqırım ilə bağlı keçmiş və ya hazırki iddiaları əhatə edir”