11 03 2025-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024

Xəzər Dəniz Neft Donanmasının kapitanı vəfat etdi

03.03.2022

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasının "Bunkerovşik 7” gəmisinin kapitanı Niyazi Qasımov vəfat edib.

Bu barədə ASCO məlumat yayıb.

Bildirilib ki, Niyazi Qasımov 31 may 1960-cı ildə Ağdam rayonunda anadan olub.

O, Bakı Dəniz Yolları Məktəbində gəmi sürücülüyü ixtisası üzrə təhsil alıb. Daha sonra 1983-cü ildə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində matros kimi əmək fəaliyyətinə başlayıb.

N.Qasımov ayrı-ayrı gəmilərdə müxtəlif vəzifələrdə çalışıb. Qısa müddətdə öz bilik və bacarığı sayəsində kapitan vəzifəsinə yüksəlib.

40 ilə yaxın dənizçilik təcrübəsinə malik Niyazi Qasımov məsuliyyəti və fədakarlığı ilə seçilib. Səmimiyyəti və mehribanlığı ilə ətrafındakıların və dənizçi yoldaşlarının rəğbətini qazanmağı bacarıb.