Rusiyanın Qış Paralimpiya Oyunlarında iştirakı ləğv edildi
03.03.2022
Rusiya və Belarus idmançıları 2022-ci ildə Pekində keçiriləcək Qış Paralimpiya Oyunlarına buraxılmayacaq.
Bu barədə Beynəlxalq Paralimpiya Komitəsi məlumat yayıb.
Paralimpiya Oyunlarının rəhbəri Endryu Parsons qərardan təsirlənən idmançıları hökumətlərin hərəkətlərinin qurbanı adlandırıb.
Qeyd edək ki, XIII Qış Paralimpiya Oyunları 4-13 martda təşkil olunacaq. Açılış mərasimi martın 4-ü Pekin milli stadionunda baş tutacaq.