Fransa Rusiyada olan vətəndaşlarına bu ölkəni tərk etməyi tövsiyə edir
03.03.2022
Fransa Rusiyada olan vətəndaşlarına müraciət edib.
Müraciətdə bildirilib ki, Fransa hökuməti öz vətəndaşlarına məcburiyyət olmadığı təqdirdə Rusiyada qalmağı tövsiyə etmir.
"Rusiyanın Ukraynaya təcavüzü ilə əlaqədar tətbiq edilən sanksiyalar kontekstində vətəndaşlarımız daha yüksək sayıqlıq nümayiş etdirilməlidir”, - Fransa Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada qeyd olunub.
Mənbə: RİA Novosti