Rus tələbələr qovulur, onların hüququ… - Moskalkova
03.03.2022
Rusiyanın İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova rusiyalı tələbələrin hüquqlarının müdafiəsi ilə bağlı avropalı hüquq müdafiəçiləri və bir sıra universitetlərin rektorlarına müraciətlər ünvanlayıb.
Moskalkova bununla bağlı Teleqram kanalında qeyd edib.
"Avropa Şurasının İnsan Hüquqları üzrə komissarı Dunya Miyatoviçə, Fransanın İnsan Hüquqları üzrə Milli Məsləhət Komissiyasının sədri Jan-Mari Burquburuya, Çexiyadakı hüquq müdafiəçisi Stanislav Krzeçekə, Praqa Texniki Universitetinin rektoru Voytex Petraçekə, Trua Texnologiya Universitetinin direktoru Piyer Koxa rus tələbələrin ayrı-seçkilikdən müdafiə edilmələri ilə bağlı məktublar göndərdim”, - Moskalkova bildirib.
Qeyd edək ki, Avropada təhsil alan rusiyalı tələbələrin təhsil qeydiyyatının ləğvi və onların ölkələrinə geri göndərilməsinə qərar verilib.