Ukrayna SQ rus ordusuna 50 dəqiq zərbə endirdi
03.03.2022
Müharibənin başladığı gündən (24 fevral) bəri Ukrayna Silahlı Qüvvələri rus ordusunun texnikasına P624 "Olxa” raketi ilə 50-yə yaxın dəqiq zərbə endirib.
Bu barədə Təhlükəsizlik Komitəsinin sosial şəbəkə hesabında məlumat paylaşılıb.
Vurğulanıb ki, dəqiqləşdirilmiş məlumata görə, bu zərbələrlə düşmənin onlarla zirehli texnikası, HHM sistemi, mobil komanda məntəqəsi məhv edilib.