Rusiyanın məxfi sənədləri: Müharibə bu tarixdə bitməlidir!
03.03.2022
Rusiya Qara Dəniz Donanmasının 810-cu dəniz briqadasının batalyon taktiki qrupunun bölmələrindən birinin məxfi plan sənədləri Ukrayna Silahlı Qüvvələri tərəfindən ələ keçirilib.
"Devran Media" xəbər verir ki, bu barədə "Şərq” əməliyyat-taktiki qrupu məlumat yayıb.
"Daxil olan sənədlər arasında iş xəritəsi, döyüş tapşırığı, çağırış nişanları və idarəetmə siqnalları, gizli nəzarət cədvəli, şəxsi heyətin siyahısı və s. yer alıb.
Sənədlər 2022-ci il yanvarın 18-də təsdiqlənib və əməliyyatın özü 15 gün ərzində - fevralın 20-dən martın 6-dək baş tutmalı idi”, - məlumatda qeyd olunub.
Sənədlərə əsasən, Rusiya desantları Orsk HHQ vasitəsilə Stepanovka-1 yaşayış məntəqəsi ərazisinə enməli, Rusiyanın 58-ci ordusunun hərbi hissələri 177-ci Əlahiddə Dəniz Alayının hərbi hissələri ilə hərəkət etməli idi. Bu qüvvələrin son məqsədi Melitopola nəzarəti ələ keçirmək idi.
Qeyd edək ki, Rusiya Ukraynaya qarşı müharibəyə 24 fevralda, sübh çağı başlayıb.