Avropa Şurası bu ölkələrə 138 milyon avro ayırır
03.09.2018
Avropa Şurası (AŞ) 4 Afrika ölkəsinə 138 milyon avro dəyərində humanitar yardım ayıracaq.
Trend-in məlumatına görə, bu barədə AŞ-nın rəsmi saytında bildirilib.
Məlumata görə, humanitar yardım Kamerun, Nigeriya, Niger və Çada şamil olunacaq.
Sənəddə qeyd edilir ki, silahlı münaqişələr Çad gölü hövzəsi ölkələrində durumu daha acınacaqlı edib:
"Burada təxminən 3,6 milyon insana təcili ərzaq yardımı göstərilməlidir".