Türkiyənin Vaşinqtondakı səfirindən telejurnalistə SƏRT CAVAB
02.02.2018
Dövran Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, Amerikada televiziya proqramlarından birinə qonaq olan Türkiyənin Vaşinqtondakı səfiri Sərdar Kılıç, vacib açıqlamalar verib.
YPG/PYD-nin bir PKK qanadı olduğunu vurğulayan Sərdar Kılıç, jurnalistə İŞİD-lə mübarizə aparmaq üçün verdiyiniz silahların Türkiyə xalqına qarşı istidafə edilməyəcəyinə necə qarantiya verə bilərsiniz? deyə sual ünvanlayıb. O, Amerikanın terrorçulara verdiyi dəstəyin səhv addım olduğunu qəti şəkildə bildirərək deyib ki, bu addım birbaşa Türkiyənin suverenliyini təhdid edir. Daha sonra isə aparıcının Münbiç əməliyyatında Türkiyə Amerika əsgərlərinin üz-üzə gəlmə ehtimalından danışıb. Teleaparıcının amerikalı əsgələrin ölə biləcəyi sualına cavab verən səfir bunları deyib: "Biz uzun müddətdir ki Amerika ilə müttəfiqik. Əminəm ki, vəziyyət o həddə gəlib çatmayacaq. Ancaq bundan tam əmin olmağımız üçün ABŞ-ın bəzi spesifik addımlar atması lazımdır. Dünən Hataya atılan raketlərdən sonra çox sayda vətəndaşlarımız yaralanıb. Bu silahların çoxu Amerikanın verdiyi silahlardır. Əslində hər kəs YPG/PYD və PKK arasında bir fərq olmadığnın fərqindədir. Ancaq son nöqtədə biz müttəfiqik, ümüd edirəm ki bu vəziyyətin ödəsindən gələcəyik"