21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Kanada Rusiyaya qarşı fərdi sanksiyalar siyahısını genişləndirdi

03.03.2022

Kanada hökuməti Ukraynadakı hadisələrlə əlaqədar Rusiya Federasiyasına qarşı sanksiyalar siyahısını genişləndirib.

Bu barədə Kanada Nazirlər Kabinetinin saytında dərc olunan bəyanatda deyilir.

Keçən həftə Kanada Rusiya Prezidenti Vladimir Putinə, Rusiyanın xarici işlər naziri Sergey Lavrova və Rusiya rəhbərliyinin bir sıra digər yüksək rütbəli nümayəndələrinə qarşı sanksiyaların tətbiq edildiyini açıqlayıb.

Genişləndirilmiş sanksiyalar siyahısına baş nazir Mixail Mişustin, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev, Sankt-Peterburq qubernatoru Aleksandr Beqlov, Rusiya Prezident Administrasiyasının rəhbəri Anton Vayno, Rusiya Federasiyasının daxili işlər naziri Vladimir Kolonikoltsev, Rusiya Federasiyasının Şimali Qafqaz Federal Dairəsində tam səlahiyyətli nümayəndəsi Yuri Çayka, Baş nazirin müavini Yuri Trutnev, Rusiya Prezidentinin Volqa Federal Dairəsi üzrə tam səlahiyyətli nümayəndəsi İqor Komarov, Prezidentin Şimal-Qərb Federal Dairəsi üzrə tam səlahiyyətli nümayəndəsi Aleksandr Qutsan, Federal Gömrük Xidmətinin rəhbəri Vladimir Bulavin, Prezidentin Ural Federal Dairəsi üzrə tam səlahiyyətli nümayəndəsi Vladimir Yakuşev də daxildir.

Kanada da digər Qərb ölkələrinin ardınca Ukrayna hadisələri ilə əlaqədar bu yaxınlarda Rusiya Federasiyasına qarşı bir sıra sanksiyalar paketi tətbiq edib.

Mənbə: RİA Novosti