Bakıdan Həştərxana növbəti reys ləğv edildi
03.03.2022
"Buta Airways” aviaşirkəti Rusiyanın cənubunda hava məkanından istifadədə müvəqqəti rejimin yaradılması ilə əlaqədar martın 3-nə planlaşdırılan Bakı-Həştərxan-Bakı reysini ləğv edib.
Bu barədə şirkət məlumat yayıb.
Bildirilib ki, Mövcud vəziyyətlə əlaqədar olaraq ləğv edilmiş reysin sərnişinləri biletləri digər tarixlərə dəyişdirə və ya cərimələr tətbiq edilmədən geri qaytara bilərlər.
"Bütün sərnişinlərimizdən ən son uçuş məlumatlarını aviaşirkətin rəsmi sosial şəbəkə səhifələrində izləmələrini xahiş edirik”, - deyə məlumatda qeyd edilib.
"Buta Airways”in rəsmi sosial şəbəkə səhifələri:
• facebook.com/ButaAirways
• instagram.com/ButaAirways
• twitter.com/Buta airways
• t.me/ButaAirways