Rusiyanın yeddi bankı SWIFT-dən çıxarıldı
02.03.2022
Avropa İttifaqı növbəti anti-Rusiya sanksiyalarını qəbul edib və yeddi Rusiya bankını SWIFT (Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti) sistemindən ayırıb.
Bu barədə Avropa İttifaqının rəsmi jurnalında dərc olunan sənəddə deyilir.
Qeyd olunur ki, VTB, "Rossiya”, "Otkrıtiye”, "Novikombank”, "Promsvyazbank”, "Sovkombank” və "Vneşekonombank” bankları bu sistemin xidmətlərindən yararlana bilməyəcək.
Mənbə: RİA Novosti