Taktiki təşəbbüs Ukraynaya keçir - Danilov
02.03.2022
Rusiya ilə müharibədə taktiki təşəbbüs tədricən Ukraynaya keçməyə başlayır.
Bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Xidmətinin katibi Aleksey Danilov deyib.
"Dünən düşmən bütün cəbhələrdə güclü zərbə aldığından, yenidən qruplaşmaq və əlavə ehtiyatı səfərbər etmək məcburiyyətində qalıb. Taktiki təşəbbüs tədricən Ukraynaya keçməyə başlayır. Rusların strateji hədəfləri saylan əsas şəhərlər - Kiyev, Xarkov, Mariupol tamamilə Ukrayna hakimiyyətinin nəzarəti altındadır”, - Danilov bildirib.