Ukraynada neçə Azərbaycan vətəndaşı ölüb? – Rəsmi
02.03.2022
Ukraynada müharibə başlayandan bəri 5 nəfər Azərbaycan vətəndaşı həlak olub.
Bunu Xarici İşlər Nazirliyi Mətbuat Xidməti İdarəsinin rəhbəri Leyla Abdullayeva brifinqdə bildirib.
O, təhlükəli vəziyyətlə üzləşən vətəndaşlarımızın təxliyəsi üçün Azərbaycanın Ukraynadakı səfirliyi tərəfindən müvafiq addımların davam etdirildiyini də vurğulayıb.