Əslində Rusiyada dollar neçəyədir?
02.03.2022
Rusiya banklarında və valyuta mübadiləsi məntəqələrində 1 dolların satış məzənnəsi 115 rublu ötüb.
Bu barədə Rusiyada yaşayan həmyerlilərimiz məlumat verib.
Məlumata görə, hazırda əksər bank və valyuta mübadilə məntəqələrində 1 dolların satışı 116.90-120 rubl, alışı isə 103-105 rubl civarındadır.
"Qara bazarda isə vəziyyət daha da ağırdır. 1 dolların satışı 130 rubla qalxıb”, - deyə bildirilib.
Qeyd edək ki, Rusiyanın Ukraynada başlatdığı hərbi əməliyyatlar fonunda ölkəyə qarşı ciddi iqtisadi sanksiyalar tətbiq olunub. Bu, Rusiyada rublun kəskin ucuzlaşmasına səbəb olub. Rusiya Mərkəzi Bankı vaxtaşırı Moskva birjasına müdaxilə etsə və onlayn satışı durdursa da, hazırda dolların rəsmi kursu 104 rubla bərabərdir.