Zelenski Consonla danışdı
02.03.2022
Ukrayna Prezidenti Vladimir Zelenski ilə Böyük Britaniyanın Baş naziri Boris Conson arasında telefon danışığı olub.
"Devran Media" xəbər verir ki, bu barədə V.Zelenski Tvitterdə bildirib.
"Boris Consonla fəaliyyətimiz koordinasiya edilir. Ukrayna müdafiəsinin kursu və Rusiyanın mülki əhaliyə qarşı son cinayətləri barədə məlumat verdim. Biz Böyük Britaniyanın təcavüzlə mübarizədə davamlı əhəmiyyətli köməyinə görə minnətdarıq. Tərəfdaşlarla birlikdə müdafiədəyik!”, - Ukrayna lideri bildirib.